Salyan Rayon Uşaq Kitabxanasında 28 May - Respublika gününə həsr olunmuş tədbir keçirilib. Kitabxananın direktoru Səmayə Abdullayeva çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə məruzə etdi. Tədbirdə məktəblilər vətənimizi tərənnüm edən şeirlər söylədilər, ümummilli lider Heydər Əliyevin vətən, xalq üçün dediyi aforizmlərdən sitat gətirdilər.
   Rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru Lətif Zərbəliyev, Rayon İcra Hakimiyyətinin məsul işçisi Sevinc Dadaşova tədbirdə çıxış edərək Azərbaycanın müstəqilliyindən, dövlət başçısının daxili və xarici siyasətindən söz açdılar. Tədbirdə rayondakı Qulu Əsgərov adına İncəsənət məktəbinin müəllim və şagird kollektivinin ifasında vətəni tərənnüm edən mahnılar səsləndi.