TÜRKSOY-a üzv ölkələrin fotorəssamlarının VI Beynəlxalq yaradıcılıq laboratoriyası ilk dəfə Başqırdıstanın (Rusiya) paytaxtı Ufada keçirilir. 
   Türk mədəniyyətini və incəsənətini inkişaf etdirmək məqsədilə keçirilən bu böyük beynəlxalq layihə TÜRKSOY və Başqırdıstan Respublikasının Mədəniyyət və Milli Siyasət Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşir.
   Forumda 20 ölkədən - Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Krım, Kipr, İran, Yakutiya və digər ölkələrdən fotorəssamlar iştirak edir. İyunun 2-də başqırdıstanlı rəssamların və yaradıcılıq laboratoriyasının iştirakçılarının fotoəsərlərindən ibarət sərginin açılış mərasimi olacaq.
   İyunun 3-də iştirakçılar qruplara bölünərək respublikanın rayonlarına səfər edəcəklər. 16 gün davam edən layihə ərzində rəssamlara Ufada və ölkənin digər yerlərində işləmək təklif olunacaq, onlar III Ümumdünya Başqırdıstan qurultayında iştirak edəcəklər, “Salavat yayını” folklor bayramına qatıla biləcəklər.