Azərbaycan Rəssamlar İttifaqının üzvü Raymonda Məmmədova mayın 28-dən iyunun 5-dək Türkiyənin Antalya şəhərində keçirilmiş Beynəlxalq Gül Festivalında iştirak edib. 10-dək ölkənin qatıldığı tədbirdə Azərbaycan təmsilçisinin təqdim etdiyi gül kompozisiyası festivalın ən yaxşı işi kimi mükafatlandırılıb. Xatırladaq ki, R.Məmmədova son 4 ildə Bakıda keçirilən gül bayramlarının əsas tərtibatçısıdır.