Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz 2010-cu ilin iş planına uygun olaraq aprel, may aylarında Sumqayıt şəhəri və Abşeron rayon uşaq musiqi, incəsənət məktəbləri şagirdlərinin fortepiano ansamblı və müşayiət fənləri üzrə, eləcə də həmin şəhər və rayonlarda fəaliyyət göstərən Agdam, Qubadlı, Zəngilan, Lacın, Füzuli, Cəbrayıl, Şuşa uşaq musiqi və incəsənət məktəblərinin xanəndəlik sinfi üzrə festivallarını keçirib.
   Festivalların keçirilməsində əsas məqsəd fortepiano ansamblı və müşayiət fənlərinin tədrisinin inkişaf etdirilməsi, şagirdlərin ansambl və müşayiət bacarıqlarının üzə çıxarılması, muğam təhsilinin inkişaf etdirilməsi, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsindən ibarət olub.
   Festivalların yekun konserti iyunun 6-da R. Behbudov adına Mahnı Teatrında keçirilib. Teatrın foyesində uşaq incəsənət məktəbi şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.