“Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin, HP Şirkətinin, UniBankın dəstəyi, Göyçay İnkişaf Mərkəzinin təşkilatçılığı ilə S.Vurğun adına şəhər internat məktəbində “Sosial məsuliyyət, biz və Forum Teatr” mövzusunda təbdir keçirilib. 
    Göyçay İnkişaf Mərkəzinin sədri Əzizağa Atakişiyev bildirib ki, Forum Teatrda uşaqlar komanda şəklində birləşərək istənilən mövzunu seçir və ssenari əsasında səhnəciklər hazırlayırlar. Bu, uşaqlarda özlərinə inam hissini artırır, onların istedad və bacarıqlarını üzə çıxarır, ünsiyyət qurmaq imkanlarını, mədəni yaradıcılığını inkişaf etdirir.
   İnternat məktəbin VI-XI sinif şagirdlərinin oynadıqları səhnəciklər maraqla qarşılanıb. Forum Teatrın digər orta məktəblərdə də təşkil edilməsi tövsiyə olunub.