Azərbaycanın rəssamları bu ilin avqust ayında, Türkiyənin istirahət yerlərindən olan Antalyada keçiriləcək beynəlxalq simpoziumda iştirak edəcəklər. Simpoziumda 12 ölkə qatılacaq. Azərbaycanı isə 6 heykəltəraş, 6 keramika ustası, 6 rəngkar təmsil edəcək. Bu barədə Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev məlumat verib. Simpoziumda iştirakçıların işləri Antalyada açıq hava muzeyində sərgilənəcək. Belə ki, Ə.Qarayevin sözlərinə görə, 15 gün davam edəcək simpoziumda incəsənət mövzusunu əks etdirəcək mövzulara toxunulacaq, eləcə də iştirakçı ölkələrin qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunacaq.