Sentyabrın 29-da Dövlət İncəsənət Muzeyində Gənclər üçün Təhsil Mərkəzinin “Tanıyaq və tanıdaq” proqramının təqdimat mərasimi keçirildi. Layihənin həyata keçirilməsində məqsəd ölkəmizin mədəni irsinin, o cümlədən tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, milli adət və ənənələri, mətbəxi, kinolarının, xalq yaradıcılığının, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici gənclər tərəfindən yaxından tanıdılmasıdır.
   Millət vəkilləri, ictimai-siyasi xadimlər, icra nümayəndələrinin də iştirak etdiyi təqdimat mərasimində iştirakçılara proqramın bütün detalları təqdim olunub. Qeyd edilib ki, proqramın icrası müddətində muzey və teatr həftəliklərinin keçirilməsi, xarici ölkə universitetlərində Azərbaycan mədəniyyət dərnəklərinin qurulması, habelə xarici mətbuat üçün yazıların hazırlanması, Azərbaycan muzeylərinin və mədəniyyət mərkəzlərinin virtual bazasının formalaşdırılması, eləcə də milli kino həftəliklərinin, musiqi və xalq yaradıcılığı gecələrinin təşkil olunması, milli bayramların əcnəbilərlə birgə qeyd olunması, gənclər düşərgələrinin və ekskursiyaların təşkili, internet saytların yaradılması, sərgi və festivalların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
   Proqramın əsas hədəf qrupları yuxarı sinif şagirdləri, tələbələr, gənclər təşkilatları, Azərbaycanda təhsil alan və işləyən əcnəbi gənclər, xarici ölkələrin təhsil müəssisələrinin kollektivləri və xarici ölkələrin mətbu orqanlarıdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar