Dekabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində «İnkişafın Azərbaycan modeli» adlı kitabın təqdimatı keçirilib. Təqdimat mərasiminə Azərbaycanın bir sıra dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, KİV rəhbərləri və deputatlar qatılıb. 
         
   Tədbirdə qeyd olunub ki, kitabın ideya rəhbəri və ön sözün müəllifi Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, redaktoru Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, kitabın buraxılışına məsul «Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovdur.
   Təqdimat mərasimində çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, kitabda Azərbaycanın iqtisadi inkişaf yolları və bu sahədə həyata keçirdiyi tədbirlər təhlil olunub.
   Akademik Asəf Nadirov çıxışında Azərbaycanda tətbiq olunan iqtisadi inkişaf modelinin nəzəriyyəsindən danışıb: «Azərbaycan dövləti heç bir dövlətdən asılı olmadan öz inkişaf yolunu müəyyənləşdirib». YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov da bu məqamı vurğulayaraq qeyd edib ki, Azərbaycan özünün inkişafının modelini müəyyənləşdirib və zaman keçdikcə də modernləşəcək. Millət vəkili Əli Məsimlinin sözlərinə görə, kitab həm fəlsəfi, həm nəzəri, həm də praktiki nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir.
   Kitabın redaktoru, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə çıxışında qeyd edib ki, kitab orijinal bir nəşrdir: “Azərbaycanın inkişaf modelinin təməlində ümummilli lider Heydər Əliyev dayanır. Dövlətin inkişafı tək iqtisadiyyat üzərində qurulmur, amma o, bütün inkişafın bazasını təşkil edir. Əminəm ki, gələcəkdə ayrı-ayrı tədris müəssisələri, alimlər buradakı məsələlərlə bağlı müzakirələri davam etdirəcəklər”.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar