Dekabrın 16-da Azərbaycanda Atatürk Mərkəzində hərbçi-şair Zəminə Xınalının “Adiloğlu” nəşriyyatında çapdan çıxmış “Pəhləvan Kamilin dastanı” kitabının təqdimatı keçirilib. Kitabda el ağsaqqalı, pəhləvan Kamil Mustafayevin həyatı, el-obanın ona olan sevgisi, eyni zamanda, qəhrəmanın Vətənə, doğma yurd-yuvasına bağlılığı əksini tapıb.
   * * *
   Gənc yazıçı Fidan Nizaməddinqızının “Xəyal gəmisi” kitabı “Nurlan” nəşriyyatında çapdan çıxıb. Müəllif sayca ikinci kitabı olan “Xəyal gəmisi”ndə yer almış “Gül ömrü”, “Uşağın duası”, “Babamın gözləri”, “Qəm işığı” və s. hekayələrdə gördüklərini, yaşadıqlarını qəlbinin süzgəcindən keçirib qələmə alıb. Kitaba filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə ön söz, mərhum professor, filologiya elmləri doktoru Cəlal Abdullayev isə rəy yazıb. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar