Gənclər Gününə həsr olunur
   
   2 fevral - Gənclər Günü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən mədəniyyət evi və klublarda, uşaq musiqi və incəsənət məktəblərində, muzeylərdə və kitabxanalarda silsilə tədbirlər keçiriləcək. İdarədən bildiriblər ki, bu tədbirlərə konsert proqramları, “Gözlərində ilk baharın xumarı” adlı poeziya gecəsi, ədəbi-bədii kompozisiyalar daxildir.