Fevralın 21-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı tədbir keçirilib. Muzeyin elmi işlər üzrə direktor müavini Sevinc Mikayılova ermənilərin havadarlarının Xocalıda törətdikləri vəhşiliklər barədə danışıb.
   Hərbi operator, ehtiyatda olan polkovnik-leytenant Seyidağa Mövsümov, Qarabağ müharibəsi veteranı Şamil Sabiroğlu, Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı, eləcə də xocalılar faciə ilə bağlı fikirlərini bildirərək erməni qəddarlığını diqqətə çatdırıblar. Məktəblilər Xocalıya həsr olunmuş şeirlər söyləyiblər.