Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar “Memarlıq tarixdir” adlı tədbir keçirilib.

Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın UNESCO-nun Dünya İrs Siyahısına daxil olan abidələri haqqında videoçarx nümayiş etdirilib.

Çıxış edənlər bildiriblər ki, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir.

Bildirilib ki, ölkə rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində respublikamızda tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür.