Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən həyata keçirilən “Qonağımız var” layihəsi tanınmış mədəniyyət və ədəbiyyat xadimləri ilə görüşlərlə davam edir.

Aprelin 19-da layihə çərçivəsində Zirə qəsəbə Mədəniyyət Mərkəzində Xalq artisti, tanınmış teatr və kino aktyoru Nurəddin Mehdixanlı ilə görüş keçirilib.

Görüşdə Xalq artistinin həyat və yaradıcılığı barədə məlumat verilib, yaratdığı obrazlardan, rol aldığı filmlərdən söhbət açılıb.

Nurəddin Mehdixanlı çıxışı zamanı Azərbaycanda teatr sahəsinin inkişafı istiqamətində görülən işlərdən danışıb, ölkəmizdə mədəniyyətə, incəsənət xadimlərinə göstərilən dövlət qayğısından bəhs edib.

Sonda aktyor müəllifi olduğu şeirlərdən bir neçəsini səsləndirib və iştirakçıların suallarını cavablandırıb.