Siyəzən rayon Heydər Əliyev Mərkəzində yeniyetmə rəssam Polad Eyvazovun “Mənim rəngli dünyam” adlı fərdi sərgisi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinə ekskursiya edib, Ulu öndərin zəngin dövlətçilik irsinə dair nümunələrlə tanış olublar.

Sonra rəssamın əl işlərinə baxan qonaqlar müəllifə yaradıcılıq uğurları arzulayıblar.

Bədii hissədə Siyəzən rayon Mədəniyyət Mərkəzinin “Ümid” rəqs kollektivi musiqi nömrələri ilə çıxış edib.

Polad Eyvazova rayon Heydər Əliyev Mərkəzinin fəxri fərmanı təqdim olunub.

Nurəddin