Mədəniyyət müəssisələrində görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Süleyman Ələsgərovun (1924–2000) 100 illiyi ilə bağlı tədbirlər keçirilib.

Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Süleyman Ələsgərov – notlara köklənən ömür” adlı tədbir keçirilib. Qəbələ Uşaq incəsənət məktəbinin müəllim və şagirdlərinin ifasında bəstəkarın bir sıra əsərləri səsləndirilib.

Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzində S.Ələsgərovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Şagirdlərin ifasında bəstəkarın əsərlərindən nümunələr təqdim edilib.

***

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə S.Ələsgərovun yubileyinə həsr olunmuş milli musiqi alətləri ifaçılarının və xanəndələrin Respublika festival-müsabiqəsi keçirilib.

Müsabiqədə Şərqi Zəngəzur RMİ-nin tabeliyində fəaliyyət göstərən Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbinin dörd şagirdi: Çingiz İbişzadə və İlkin Göyəndikli (tar), Nəzir Qaraşov və Həbib Allahverdiyev (xanəndəlik sinfi) fəxri fərmanlara layiq görülüblər.

Müsabiqədə Şirvan şəhər Uşaq musiqi məktəbi, Salyan şəhər Qulu Əsgərov adına Uşaq incəsənət məktəbi, Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq incəsənət məktəbi, Biləsuvar rayon Nihad Babayev adına Xırmandalı kənd Uşaq incəsənət məktəbi və Hacıqabul şəhər Uşaq musiqi məktəbinin şagirdləri də uğurla çıxış ediblər. Şirvandan İbrahim Məmmədzadə, Fatimə Sanıyeva (xanəndəlik), Fərid Əhədli, Əli İbrahimli (tar), Salyandan Rafət Qurbanov, Əli Ağamalıyev, Biləsuvardan Humay Quluzadə, Sərxoş Quluzadə, Xəyal Bayramlı, Pakizə Əkbərli, Cahad Qasımlı (xanəndəlik), Hacıqabuldan isə Nihat Əliyev, Mirismayıl Xanlarov, Vüsal Orucov (tar) və Xəyyam Zülfəlizadə (fortepiano) fəxri fərman və təşəkkürnamələrlə təltif olunublar.

***

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzi, rayon Mərkəzi Kitabxanası və onbirillik İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə S.Ələsgərovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət Mərkəzinin solistləri, İncəsənət məktəbinin müəllim və şagirdlərinin ifasında bəstəkarın mahnıları səsləndirilib.

Nurəddin Məmmədli