Milli Azərbaycan Tarixi Muzeyində Xəzər Universitetinin tələbələri üçün seminar keçirilib.

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” mövzusunda seminar muzeyin “Arxeo” klubunun və Xəzər Universiteti Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə gerçəkləşib.

Bu barədə muzeydən məlumat verilib.

Seminarda muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri dosent Nasir Quluzadə tələbələrə arxeoloji qazıntılar, universitetin müəllimi Orxan Zamanov isə silahların yaranması, dövrlər üzrə inkişafı, tipoloji təsnifatı, funksionallığı və onların savaşda tətbiqi haqqında ətraflı məlumat veriblər.

Tələbələr arxeoloji qazıntılar zamanı tapılmış silah nümunələri ilə tanış olublar.