Oktyabrın 21-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində “Abşeron - Azərbaycanın sənətkarlıq paytaxtı - 2014” layihəsi çərçivəsində ədəbiyyat axşamı keçirildi.

Millət vəkili, yazıçı-publisist Elmira Axundova, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, şair Ramiz Məmmədzadə, yazıçı-publisist Şəhla Ağbulud, gənc şair Elşad Ərşadoğlu rayon ictimaiyyəti, ədəbiyyatsevərlərlə görüşə gəlmişdilər.
Tədbir iştirakçıları əvvəlcə Xırdalan şəhərinin mərkəzindəki Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər. Sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Mərkəzin akt zalında keçirilən tədbirin iştirakçılarını salamlayan Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov “Sənətkarlıq paytaxtı” ili çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini, ədəbiyyat axşamının da bu qəbildən növbəti tədbir olduğunu vurğuladı.
Qonaqlardan ilk olaraq çıxış edən Yazıçılar Birliyinin katibi Rəşad Məcid son illər ölkəmizin digər bölgələrində olduğu kimi, Abşeron rayonunda da böyük tikinti-quruculuq, abadlıq işlərinin aparıldığını, rayonun inkişaf etdiyini dedi. Bu münasibətlə rayon sakinlərini təbrik edən Rəşad Məcid yerlərdə əhali ilə belə yaradıcılıq görüşlərinin, səmimi ünsiyyətin əhəmiyyətini vurğuladı. Qeyd olundu ki, Abşeron Azərbaycanın qədim yaşayış məkanlarından biridir, zəngin el sənətkarlığı irsi var. Bu baxımdan Abşeron rayonunun 2014-cü ildə “Sənətkarlıq paytaxtı” elan olunması təsadüfi deyil.
Yazıçı-publisist Elmira Axundova çıxış edərək ölkəmizdə həyata keçirilən bir sıra layihələrdən danışdı. Bildirdi ki, digər sahələrlə yanaşı, mədəniyyət sahəsinə də xüsusi dövlət qayğısı var. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərin tarixi bir epoxa olduğunu vurğulayan millət vəkili ulu öndər haqqında qələmə aldığı çoxcildli kitablar haqqında danışdı, xatirələrini bölüşdü.
Daha sonra çıxış edən tanınmış şair Ramiz Məmmədzadə, yazıçı-publisist Şəhla Ağbulud, gənc şair Elşad Ərşadoğlu yerlərdə belə tədbirlərin təşkilini yüksək qiymətləndirdilər.
Sonra meydan sözə, musiqiyə verildi. Rəşad Məcid, Ramiz Məmmədzadə, Elşad Ərşadoğlunun oxuduqları şeirlər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratdı. Vətən, ana, zəmanə, sevgi və gənclik haqqında olan poetik nümunələr iştirakçılar tərəfindən alqışlarla qarşılanırdı. Tədbirə rəng qatan məqamlardan biri də aşıqlar İlham Aslanbəyli və Famil Mikayılovun şairə Zöhrə Xəlilli ilə birgə çıxışı oldu.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq yaradıcılığı paytaxtları” proqramına əsasən bu il Qəbələ rayonu “Azərbaycanın əfsanələr paytaxtı”, Balakən “Folklor paytaxtı”, Abşeron rayonu isə “Sənətkarlıq paytaxtı” elan edilib. Bundan öncə ədəbi görüşlər sentyabrın 18-19-da Qəbələdə, sentyabrın 25-26-da Balakəndə keçirilib.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar