Gənc muğam ifaçısı Arzu Əliyevanın «Azərbaycan gözəldir» adlı yeni diski işıq üzü görüb. Bu barədə məlumat verən xanəndə diskdə daha çox milli üsluba üstünlük verdiyini və səhnəyə çıxdığı gündən bu günə kimi yazdığı mahnılar arasında seçmələrin alboma daxil edildiyini bildirib. Diskdə «Gülür əllər», «Söylə», «Buludlar», «Yar incidi», «Yandırdın qəlbimi» və s. mahnılar yer alıb. Gənc xanəndə həmçinin bu ilin oktyabr ayında Amerikaya səfərinin gözləndiyini də bildirib. Səfər zamanı A.Əliyevanın bu ölkədə bir neçə konserti təşkil olunacaq.
Gülər