“Intependent” qəzetinin yazdığına görə “Britaniya istedadlar axtarır” adlı teleşouda qalib gələrək şöhrət tapan Süzan Boylun qazandığı uğur əfsanəvi rok musiqiçisi Con Bon Covini onunla birgə duet oxumaq həvəsinə salıb. İngiltərə qəzetlərinə verdiyi müsahibələrdə Covi Süzanla məmnuniyyətlə duet oxumaq arzusunda olduğunu gizlətməyib. Covi qeyd edib ki, o, bu istedadlı şotland qadınla birgə işləmək fikrindədir. Gələcək planlarından danışan rok ustası deyib:- “ Biz Süzanla birgə gözəl duetlər və ehtiraslı musiqi albomları yarada bilərik. Düşünürəm ki, o çox istedadlıdır və bunun öhdəsindən asanlıqla gələr”.
    Süzan Boylun şəxsi köməkçisi bu barədə sual verən jurnalistlərə bildirib ki, mügənni Civi ilə birgə klip üzərində işləməyə və diqqət mərkəzində olmağa böyük önəm verir. Bunula birlikdə Süzan - noyabrın 24-də özünün yeni klipini pərəstişkarlarına təqdim etmək fikrindədir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar