Azərbaycan
   
   15 fevral 1886 - Maarifçi, pedaqoq Cavad Nəcəf oğlu Cuvarlı (Cuvarlinski, 1886-1963) anadan olub.
   15 fevral 1909 - Əməkdar incəsənət xadimi, aktrisa Xədicə Bahəddin qızı Qazıyeva (1909-7.6.1991) Kazan şəhərində doğulub. 1926-cı ildə Azərbaycana gəlib, teatrda 200-dək rol oynayıb.
   15 fevral 1934 - Akademik, Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, fizika-riyaziyyat elmləri doktoru Arif Paşayev anadan olub. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının fizika bölməsi üzrə həqiqi üzvü seçilib.
   15 fevral 1946 - Xalq artisti Əliabbas Gülabbas oğlu Qədirov (1946 -8.3.2006) anadan olub. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb, bir müddət (2003-2006) teatra rəhbərlik edib. Kinoda yaddaqalan obrazlar yaradıb, Dövlət mükafatına (“Sevinc buxtası”, 1978) layiq görülüb.
   15 fevral 2005 - Xalq artisti Xuraman Hacıyeva (7.3.1945 - 2005) vəfat edib. 1965-ci ildə Dövlət Teatr İnstitutunun tələbəsi ikən "Arşın mal alan" filmində Asya roluna çəkilməklə məşhurlaşıb. Uzun illər Gənc Tamaşaçılar Teatrında, bir müddət Naxçıvan Musiqili Dram Teatrında çalışıb.
   
   16 fevral 1873 - Azərbaycan xalq memarlığının görkəmli nümayəndələrindən biri Zivərbəy Əhmədbəyov (1873-1925) anadan olub. Bakıdakı Təzəpir məscidi və Əmircandakı Murtuza Muxtarov məscidi onun layihələri əsasında ucaldılıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının baş memarı olub.
   16 fevral 1906 - Əməkdar elm xadimi, geoloq, professor Şamil Əbdürrəhim oğlu Əzizbəyov (1906-1976) anadan olub.
   16 fevral 1916 - Görkəmli sənətşünas-alim, akademik Əbdülvahab Salamzadə (1916 – 19.8.1983) Şamaxıda doğulub. Azərbaycan memarlıq tarixinə dair dəyərli tədqiqat əsərlərinin, “Abidələr danışır” (1952), «Azərbaycan memarlıq abidələri» (1958), «Əcəmi Naxçıvani» (1976) və s. kitabların müəllifidir.

   16 fevral 1918 - Qəzəlxan şair, tərcüməçi Qəni Hüseynqulu oğlu Hüseynov (Həkim Qəni, (1918-10.6.2008) anadan olub. Əliağa Vahidlə yaxın dostluq edib, Məhəmməd Füzulinin qəzəllərinin rus dilinə ilk tərcüməçilərindən biri olub.
   16 fevral 1945 – Görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev), 20.3.1879 - 1945) vəfat edib. “Leyli və Məcnun” operasında Məcnun rolunun ilk və uzun illər (30 ildən artıq) əvəzsiz ifaçısı olub.

    16 fevral 1992 - Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO - Economic Cooperation Organization) üzv olub. Təşkilatın Tehranda keçirilən toplantısında keçmiş SSRİ-nin daha beş müsəlman respublikası - Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan da üzvlüyə qəbul edilib. ECO 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis edilib. Hazırda Əfqanıstan da daxil olmaqla 10 ölkəni birləşdirir.
   
   17 fevral 1920 - Dilçi-filoloq, professor Əlövsət Zakir oğlu Abdullayev (1920-1993) anadan olub.
   17 fevral 1926 - Xalq artisti Sofiya Həsən qızı Hüseynovanın doğum günüdür.
   17 fevral 1958 - Teatr və kino aktyoru Xeyri Osman oğlu Əmirzadə (1893-1958) vəfat edib. Milliyyətcə Krım türküdür, Yaltanın Dərəgöy kəndində doğulub, Krım Muxtar Respublikasının Xalq artisti olub. 1930-cu illərdən Azərbaycanda fəaliyyət göstərib. "Kəndlilər", "Səbuhi", "Bəxtiyar" və başqa filmlərdə epizodik rollar oynayıb.
   17 fevral 1992 - Erməni silahlı qüvvələri Dağlıq Qarabağın Xocavənd (Martuni) rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər. Bunadək kənd dəfələrlə erməni qüvvələrinin hücumlarına məruz qalmışdı. İşğal zamanı kəndin onlarla sakini öldürülüb və yaralanıb.
   
   Dünya
   
   15 fevral 1564 - Məşhur italyan fiziki, astronom, riyaziyyatçı və filosof Qalileo Qaliley (Galileo Galilei, 1564-8.1.1642) anadan olub. Müasir fizika və astronomiya elmlərinin banisi sayılır.
   15 fevral 1748 - İngilis filosofu, iqtisadçı və hüquq nəzəriyyəçisi, utilitarzmin banisi İeremi Bentam (Jeremy Bentham, 1748-1832) anadan olub.
   15 fevral 1882 - Amerika aktyoru, səssiz kinonun ulduzlarından biri Con Berrimorun (John Barrymore - əsl adı John Sidney Blyth, 1882-1942) doğum günüdür.
   15 fevral 1873 - Rus-Amerika violençelisti və dirijoru, Nyu-York rus simfonik orkestrinin qurucusu Modest İssakoviç Altşuler (1873-1963) anadan olub.
   15 fevral 1906 - Məşhur tatar şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil (1906 - 25.8.1944) anadan olub. Böyük Vətən müharibəsində yaralanaraq almanlara əsir düşüb (1942), Berlində Moabit hərbi həbsxanasında öldürülüb. Onun belçikalı kamera yoldaşına verdiyi şeirləri sonradan «Moabit dəftəri» adı altında çap edilib.
   15 fevral 1914 - Qazaxıstan milli kinosunun ilk rejissorlarından biri, SSRİ Xalq artisti Şaken Aymanov (1914-1970) anadan olub.
   16 fevral 1497 - Alman teoloqu, lüteran teologiyasının islahatçısı, Martin Lüterin məsləkdaşı Filip Melanxton (Philipp Melanchton, 1497-1560) anadan olub.
   16 fevral 1831 - Rus yazıçısı Nikolay Semyonoviç Leskov (1831-1895) anadan olub.
   16 fevral 1834 - Alman alimi və filosofu, “ekologiya” termininin müəllifi Ernst Hekkel (Ernst Heinrich Philipp August Haeckel, 1834-1919) anadan olub.
   16 fevral 1845 - Amerika yazıçısı, jurnalist və səyyah Corc Kennan (George Kennan, 1845-1924) anadan olub.
   16 fevral 1925 - Məşhur Britaniya kinorejissoru Con Şlezingerin (John Richard Schlesinger, 1926-2003) doğum günüdür.
   16 fevral 1925 - Rus kinooperatoru, SSRİ Xalq artisti Valeri Arkadyeviç Ginzburq (1925-1998) anadan olub.
   
   17 fevral 1600 - Görkəmli italyan filosofu və şairi Cordano Bruno (Giordano Bruno, 1548-1600) inkvizisiyanın qərarı ilə edam edilib (tonqalda yandırılıb).
   17 fevral 1853 - Çex şairi və dramaturqu Yaroslav Vrxliski (Jaroslav Vrchlicky - əsl adı Emil Frida, 1853-1912) anadan olub.
   17 fevral 1906 - Rus-sovet yazıçısı, uşaqlar üçün çoxsaylı əsərlərin, kinofilm ssenarilərinin müəllifi Aqniya Lvovna Barto (1906-1981) anadan olub.
   17 fevral 1954 - Amerika aktrisası (“Epidemiya” filmi) Rene Russo anadan olub.
   17 fevral 1981 - Məşhur Amerika fotomodeli və aktrisası Paris Hilton (Peris Uitni Hilton) anadan olub.

   Hazırladı: Vüqar Orxan
   
   
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar