Prezident İlham Əliyev avqustun 1-də Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
   Sərəncamda bildirilir ki, zəngin tarixi yol keçmiş Lənkəran şəhəri əsrlər boyu ölkəmizin ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rol oynayıb. Rayonun ərazisində müasir dövrədək mühafizə olunmuş Bəlləbur qalası, Dairəvi qala, Şeyx Zahid və Seyid Xəlifə türbələri, eləcə də Lənkəran mayakı və digər tarixi-memarlıq abidələri maddi-mədəniyyətin qiymətli nümunələri sırasındadır. Respublikanın mühüm sosial-iqtisadi, mədəni və turizm mərkəzlərindən birinə çevrilməkdə olan Lənkəran şəhərində bir sıra mühüm infrastruktur layihələri uğurla həyata keçirilib, o cümlədən hava limanı, mehmanxana və istirahət obyektləri istifadəyə verilib.
   Sərəncama əsasən, Lənkəran şəhərinin tarixi-mədəni irsinin mühafizəsi və bərpası, şəhərsalma, istirahət, turizm infrastrukturunun bölgənin təbiətinə, memarlıq ənənələrinə uyğun müasir şəkildə yenidən qurulması işlərini sürətləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 5 milyon manat vəsait ayrılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar