Gəncədə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə geniş toplantı keçirilib.
   Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev sentyabrın axırında keçiriləcək yubiley tədbirlərinə hazırlıqla bağlı görülən işləri və qarşıda duran vəzifələri bir daha diqqətə çatdırıb. Sonra yubiley komissiyasının sədri, professor Fuad Əliyevin görülən işlərə dair hesabatı dinlənilib. Yubileyin tədbirlər planına uyğun olaraq nizamişünas alim, professor Xəlil Yusifli tərəfindən “Leyli və Məcnun” poeması əruz vəznində tərcümə edilib, Prezident yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Samir Pişnamazzadənin “Nizami Gəncəvi yaradıcılığında əxilik ideologiyasının təsiri” adlı monoqrafiyası, Peterburq şərqşünaslığının tanınmış alimi Əfrasiyab Vəkilovun “Blokadada olan Leninqradda Nizami yubileyi” kitabı rus dilindən Azərbaycan dilinə tərcümə olunub, professor Mübariz Yusifovun “Nizamidə azərbaycançılıq” və Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə 31 alimin iştirakı ilə “Gəncə şəhərinin tarixi” adlı kitabları çap edilib.
   Bundan başqa, Avstriya milli kitabxanasında, Böyük Britaniya kitabxanasında, Saltikov Şedrin adına Rusiya milli kitabxanasında qorunan “Xəmsə” əlyazmalarının nüsxələri kitab şəklində nəşrə hazırlanıb. “Dahi Azərbaycan şairi və mütəfəkkiri-Nizami Gəncəvi” adlı kitabın və şairin sözlərinə bəstələnmiş musiqilərdən ibarət kompakt diskin hazırlanması başa çatdırılıb.
   Bildirilib ki, yaxın vaxtlarda təşkil olunacaq Nizami Gəncəvi beynəlxalq mərkəzinin nəzdində nizamişünaslığın əlaqələndirilməsi məqsədilə dünyanın böyük dövlət və elm xadimlərinin təmsil olunacaqları himayədarlar şurası yaradılacaq. Nəzərdə tutulub ki, hər il Gəncədə şuranın toplantısı keçirilsin. Yubileyə hazırlıqla bağlı ayrı-ayrı idarə və təşkilat rəhbərlərinin də hesabatları dinlənilib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar