Xəbər verildiyi kimi, mayın 1-də Lənkəran şəhərində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən II Respublika dekorativ-tətbiqi sənət festivalının növbəti regional sərgisi açılıb. Lənkəran Dövlət Dram Teatrının foyesində təşkil olunan sərgidə Lənkəran, Astara, Masallı, Biləsuvar, Cəlilabad, Saatlı, Yardımlı, Lerik, Sabirabad, Neftçala, Şirvan və İmişli rayonlarının tətbiqi sənət ustalarının əsərləri nümayiş olunur. Sərgidə iştirak edən sənətkarlara Mədəniyyət və Turizm Nazirliyinin diplomları təqdim olunub. Mükafatlandırılanlar arasında Lənkəran rayonunu təmsil edən beş sənət ustası var. Sərgidə seçilmiş sənət nümunələri Respublika dekorativ-tətbiqi sənət festivalının dekabr ayında Bakıda keçiriləcək yekun sərgisində iştirak etmək hüququnu qazanıb.

   İlqar Əzimov,
   Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi
 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar