Xocalı faciəsi Azərbaycan tarixinin ən qanlı səhifəsidir. Artıq 21 ildir ki, 26 fevral tariximizin qan yaddaşı kimi qeyd olunur, bu faciəli tarix müxtəlif mərasim və tədbirlərlə anılır.
   Kürdəmir Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində də Xocalı qətliamının 21-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlanıb. Tədbirlər planına dəyirmi masalar, ədəbi kompozisiyalar, kitab təqdimatlarının keçirilməsi daxildir.
   MKS-nin şöbə və filiallarında “Xocalı faciəsi Azərbaycan tarixinin ən qanlı səhifəsidir” adlı kitab və foto sərgisi təşkil edilib. Mərkəzi kitabxananın informasiya-resurs şöbəsi istifadəçilərin soyqırımı ilə əlaqədar sorğularını ödəmək məqsədilə “Xocalı faciəsi” adlı məlumat bazası yaradıb.
   Fevralın 26-da faciənin ildönümü ilə əlaqədar Kürdəmir rayon MKS-də “Əsrin faciəsi”, Uşaq kitabxanasında isə “Xocalı soyqırımı uşaqların gözü ilə” adlı dəyirmi masaların keçirilməsi nəzərdə tutulub.
   
   Məryəm Əliyeva,
   Kürdəmir rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar