Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibədə Zaqatala rayon gəncləri böyük qəhrəmanlıq göstərmişlər. Qarabağ savaşında rayonumuz 200-ə yaxın şəhid vermiş, yüzlərlə gənc yaralanmışdır. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə igidliyinə görə 2 nəfər şəhidə - Əmirov Faiq İsgəndər oğluna və Məmmədov Namiq Bəşir oğluna - ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş, Murtuzəliyev Zəfər Ramazan oğlu “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur. Gənclərimizin qəhrəmanlığı rayonumuzun böyüməkdə olan nəsilləri üçün örnəkdir.
   Bu günlərdə Çobankol kənd mədəniyyət evində keçirilən tədbirdə də bu tarixdən söz açıldı. Ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbirdə dahi rəhbərin xalq qarşısında xidmətlərindən, onun gənclərə diqqət və qayğısından geniş danışıldı.
   Tədbirdə kənd tam orta məktəbin kollektivi fəal iştirak etdi. Çıxışlardan sonra ulu öndərə həsr edilmiş şeirlər söyləndi, mahnılar oxundu. Ümummilli liderin tarixi dövlətçilik irsini gənc nəslə təbliği məqsədilə belə tədbirlər davam edəcək.
   
   Şuay Xəlilov,
   Zaqatala rayon Çobankol kənd mədəniyyət evinin bədii rəhbəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar