Fevralın 22-də Ağsu rayon Mərkəzi kitabxanasında “Xocalı-qan yaddaşımız” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada rayon ziyalıları, Xocalı qaçqınları iştirak edirdi. 
   Tədbiri MKS-nin direktoru Cəbrayıl Bədəlov açaraq Xocalı soyqırımının tariximizin ən acı, unudulmaz səhifələrindən biri olduğunu, bu tarixin dünya durduqca xalqımızın qan yaddaşında yaşayacağını vurğuladı.
   Bico kənd orta məktəbinin direktoru Yaşar Qarayev, Xocalı sakini Əmrah Məmmədov, 1 saylı məktəbin direktor müavini Sənan Nemətov, bədii qiraət üzrə respublika müsabiqəsi laureatı, fəal oxucu Salatın Səmədova, şəhər 1, 2 və 3 saylı məktəblərin şagirdləri dəyirmi masada çıxış etdilər. Tədbirin sonunda iştirakçılar Xocalı mövzusunda kitab sərgisinə və kinofilmə baxdılar.
   
   Dilbər Əliyeva,
   Ağsu rayon Mərkəzi kitabxanasının böyük kitabxanaçısı






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar