Fevralın 26-da Cəbrayıl Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Biləsuvar rayonundakı 7 saylı qəsəbə klubunda mədəniyyət işçilərinin iştirakı ilə Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbiri Mədəniyyət və Turizm Şöbəsinin müdiri Kamran Quliyev açaraq Xocalı faciəsinin tariximizin unudulmaz səhifəsi, xalqımızın qan yaddaşı olduğunu bildirib.
   Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əli Ağakişiyev, rayonun Böyük Mərcanlı uşaq incəsənət məktəbinin direktoru Vidadi Orucov, 9 saylı məktəbin psixologiya müəllimi Sədaqət Ağayev, 4 saylı qəsəbə klubunda fəaliyyət göstərən 29 saylı kitabxana filialının müdiri Telli Quliyeva çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının Xocalıda törətdikləri qırğının bütövlükdə insanlığa qarşı cinayət olduğunu vurğulayıblar. Həmin o müdhiş gecə Xocalıda qətlə yetirilən 613 nəfərdən 63-ü uşaq, 106-sı qadın, 73-ü qoca idi. Bu amansız qırğın nəticəsində minədək insan şikəst olmuş, 1275 nəfər əsir götürülmüş, onlardan 150 nəfərin taleyi hələ də naməlumdur.
   Tədbirin sonunda iştirakçılar Xocalı soyqırımına aid kitab sərgisi, “Xocalı harayı” başlıqlı fotostend, faciədən bəhs edən video görüntülərə baxıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar