ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar həyat yoldaşı və səfirliyin əməkdaşları ilə Kürdəmir rayonuna səfər edib. Səfərin məqsədi Kürdəmir rayon Mərkəzi kitabxanasında fəaliyyət göstərən “Amerika Mərkəzi”nin işi ilə tanışlıq idi.
   
   Səfir ilk olaraq Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyevlə görüşdü. Görüşdə qonağa rayon barədə geniş məlumat verildi, iki ölkənin iqtisadi münasibətlərindən, mədəni əməkdaşlığın inkişafından bəhs edildi. ABŞ səfirliyinin köməkliyi ilə regionlarda həyata keçirilən layihələrin əhəmiyyəti vurğulandı, kitabxanaların inkişafı istiqamətində həyata keçiriləcək məsələlər müzakirə edildi.
   Diplomat rayon Mərkəzi Kitabxana Sistemi və kitabxananın nəzdində yaradılan “Amerika Mərkəzi”nin fəaliyyəti ilə yaxından tanış oldu. Tədbirlərlə bağlı sərgilər, Xocalı soyqırımına həsr olunmuş kitab sərgisi və fotostendlər səfir tərəfindən maraqla qarşılandı. Xocalı soyqırımına ABŞ rəsmilərinin münasibət bildirməsinin vacibliyi səfirin diqqətinə çatdırıldı.
   Səfir Kürdəmir rayon MKS-nin nəzdində fəaliyyət göstərən “Amerika Mərkəzi”ndə yaradılmış ingilis dili və kompyuter kurslarında iştirak edən kürdəmirli uşaqlarla görüşdü. Qeyd olundu ki, ABŞ səfirliyinin maliyyə dəstəyi ilə bu günədək Azərbaycanın 6 şəhər və rayonunda, o cümlədən Kürdəmirdə təşkil olunan “Amerika Mərkəzi” yerli əhalinin informasiya təminatının ödənilməsi məqsədilə pulsuz internet xidməti, müxtəlif kurslar və dərnəklər təşkil edir, tədbirlər həyata keçirir, vətəndaşları ədəbiyyatla təmin edir. Hazırda Kürdəmirdəki “Amerika Mərkəzi”nin fondunda 1258 nüsxə kitab, 11 kompyuter və digər texniki avadanlıqlar var. Bu günədək mərkəzin təşkil etdiyi ingilis dili kurslarında 1100 nəfər iştirak edib.
   Səfirin həyat yoldaşı Feys Morninqstar yerli dini icmanın rəhbəri Axund Hacı Füzuli Cəfərov, rayon qadınlarının nümayəndələri Elmira Şıxəliyeva, Nəsibə Hidayətova, Xatirə Azayeva, MKS direktorunun müavini İradə Mahmudova ilə dəyirmi masa ətrafında söhbət edərək qadınların cəmiyyətdə rolu ilə maraqlandı.
   Sonda diplomat və xanımı tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

   Məryəm Əliyeva,
   Kürdəmir rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar