Qazax rayon Mədəniyyət Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. 
   Tədbir mədəniyyət və turizm şöbəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin təşkilatçılığı ilə gerçəkləşib.
   Mərasimi Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri İ.Qurbanov açaraq bütün Azərbaycan xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ailə səadəti və işlərində uğurlar arzulayıb. Əməkdar incəsənət xadimi, şair Barat Vüsal analara həsr olunmuş şeirini oxuyub. Şairlər Ələddin İncəli, Bilal Qoca da öz şeirləri ilə tədbiri daha da rəngarəng ediblər.
   Çıxış edənlər qadınların ictimai-siyasi həyatda rolundan söz açıb, ümummilli lider Heydər Əliyevin qadınların dövlət və cəmiyyət qarşısında xidmətlərini yüksək qiymətləndirdiyini qeyd ediblər.
   Sonra bir qrup qabaqcıl mədəniyyət işçisinə hədiyyələr təqdim olunub və tədbir konsert proqramı ilə başa çatıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar