Goranboy Rayon Mədəniyyət və Turizm Şöbəsində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş “Azadlıq mücahidləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə şöbənin müdiri Gündüz Hacıyevin 1990-cı ilin yanvarında ölkədə cərəyan edən hadisələrdən və törədilmiş faciədən bəhs edən məruzəsi dinlənilib, çıxışlar olub.
Qeyd edilib ki, hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin çox nadir hallarda bu iki məqam üst-üstə düşür. 1990-cı ilin Qanlı Yanvarı Azərbaycan xalqı üçün belə bir tarix yazdı. O müdhiş gecədə Azərbaycan xalqı sınağa çəkilsə də, qəhrəman oğullarımız qorxmadan onları gözləyən ölümün üzərinə yeridilər və əbədi ölməzliyə qovuşdular.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar