Martın 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək “Sevilya bərbəri” operasını Rusiyanın məşhur dirijoru, Rusiyanın əməkdar artisti, Sankt-Peterburq Akademik Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, professor Andrey Anixanov idarə edəcək. Bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, A.Anixanov Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasını bitirib. 1989-cu ildən dirijor kimi çalışır, 1992-2008-ci illərdə Musorqski-Mixaylovski adına Akademik Opera və Balet Teatrının baş dirijoru olub. A.Anixanovun repertuarında hazırda 60-a yaxın opera və balet tamaşası, rəngarəng konsert proqramları var. Dirijor ABŞ, Yaponiya, İtaliya, Fransa, Almaniya, İspaniya, Portuqaliya, Polşa, Finlandiya, Cənubi Koreya, İsrail və digər ölkələrdə qastrol səfərlərində olmuş, dünyanın ən məşhur musiqiçiləri ilə birlikdə çıxış edib.
   Dirijor teatrın rəhbərliyi tərəfindən Bakıya dəvət olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar