Sentyabrın 19-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 101-ci mövsümünü Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin nümayişi ilə açdı. 
   Açılış mərasimində çıxış edən teatrşünas, professor Məryəm Əlizadə dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin yaradıcılığından, musiqimizə, incəsənətimizə bəxş etdiyi ölməz sənət incilərindən danışdı. M.Əlizadə bildirdi ki, Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş Beynəlxalq musiqi festivalı çərçivəsində teatrın yeni mövsümdə tamaşaçılara təqdim etdiyi “Arşın mal alan” əsəri tam yeni quruluşda, gənc rejissor Elvin Mirzəyev tərəfindən hazırlanıb.
   Yeni quruluşda olan tamaşa dekorasiyaları ilə yanaşı əlavə olunmuş yeni dialoqları ilə seçilirdi. E.Mirzəyev əsasən gənc aktyor qrupu ilə işləyib. Tamaşada əsas rolları əməkdar artistlər Anar Şuşalı, Xanım Qafarova, Əkbər Əlizadə və aktyorlar Nərgiz Kərimova, Əzizağa Əzizov, Ələkbər Əliyev və başqaları ifa edirdilər.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar