Yaradıcı heyət Beynəlxalq Teatr Festivalına dəvət alıb
   
   Bakı Uşaq Teatrı Türkiyənin Ərzurum şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalına dəvət alıb. Mayın 20-30-a nəzərdə tutulan festival artıq üçüncü ildir ki, keçirilir. Uşaq Teatrı ötən il də bu festivalda Azərbaycanı təmsil edərək, «Vətən» tamaşasını nümayiş etdirmişdi. Bu il isə teatr festivala «Gücümüz birlikdədir» tamaşası ilə gedəcək. Rejissor İntiqam Soltanın quruluş verdiyi tamaşa «Turp” nağılı əsasında hazırlanıb.   

   Gülər







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar