Qusar Dövlət Ləzgi Dram Teatrı bu yay aylarında səyyar tamaşalarla xeyli tamaşaçı qazanıb. Bu barədə məlumat verən teatrın direktoru Faiq Qardaşov bildirib ki, bu mədəniyyət ocağı bu ildən yeni ənənənin əsasını qoyaraq səyyar tamaşalara başlayıb: “Şəhərin mərkəzində yerləşən General Əbilov parkında hər həftə sonu axşam saatlarında göstərilən səyyar tamaşaları xeyli sayda sakin izləyib. Bu həm yerli sakinlərin, həm də qonaqların asudə vaxtının səmərəli təşkilinə xidmət edib”.
   Direktorun sözlərinə görə, hazırda teatr truppası üç yeni tamaşa ilə qastrola hazırlaşır. Yaxın vaxtlarda Dərbənd şəhərinin qonağı olacaq qusarlı aktyorlar daha sonra yeni mövsümün açılışında yerli tamaşaçılar qarşısında çıxış edəcəklər.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar