Azərbaycanın İstanbuldakı baş konsulluğu və Türkiyə Böyük Millət Məclisinin Milli Saraylar Müdirliyinin təşkilatçılığı ilə Dolmabaxça İncəsənət Qalereyasında azərbaycanlı rəssam Məryəm Ələkbərlinin “Rənglərin rəqsi” sərgisi açılıb.
   Qrafika, batika və digər janrlara aid işlərinin nümayiş etdirildiyi sərgidə istedadlı fırça ustasının 40 rəsm əsəri və onlar haqqında məlumatların yer aldığı kitab da təqdim olunub.
   Mərasimdə çıxış edən ölkəmizin İstanbuldakı baş konsulu Həsən Zeynalov gənc rəssamın sərgisinin qardaş Türkiyənin mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıb. Türkiyə parlamentinin deputatları, qardaş ölkədəki iş adamları və ziyalılarımız istedadlı rəssamın tabloları ilə tanış olublar.
   Çıxışlarda bildirilib ki, 21 yaşlı rəssam nadir istedada malikdir. Parisdəki Dekorativ Sənət İnstitutunda təhsilini davam etdirən Məryəm Ələkbərlinin sərgiləri UNESCO-da, Parisdə, Moskvada və Berlində təşkil olunub. Rəssamın sərgisi ölkəmizin Türkiyədəki səfirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ankarada da keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar