Sentyabrın 11-19-da Rusiyanın Anapa şəhərində keçiriləcək postsovet ölkələrinin XIX “Kinoşok” festivalında Azərbaycanı “Kuklalar” filmi təmsil edəcək. Çingiz Rəsulzadənin rejissoru olduğu film Gürcüstanda keçiriləcək Batumi festivalında da iştirak edəcək.
Buna qədər “Kuklalar” filmi 45-ci Beynəlxalq Karlovı Varı kinofestivalının şərq bölməsində göstərilib.
Qeyd edək ki, filmin ssenari müəllifləri Ramiz Fətəliyev, Çingiz Rəsulzadə, operatoru Yuri Varnovskidir.