Aprelin 21-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Muzeyində “Sərgi” təlimi başlanıb. Təlim Avropa Komissiyası və Almaniya hökuməti tərəfindən maliyyələşdirilən “A-Muse-All” layihəsi çərçivəsində təşkil olunub. Layihənin milli koordinatoru İsgəndər Sadiq bildirib ki, layihə muzey işçilərinin peşəkarlıq və mədəniyyətlərarası ünsiyyət bacarıqlarını artırmağa şərait yaradacaq.
Bildirilib ki, 30 aylıq regional layihə Azərbaycandan əlavə, Gürcüstan, Ermənistan və Rusiya Federasiyasında da həyata keçiriləcək. Təlim-seminarı almaniyalı ekspert Manfred Navrot aparır. Azərbaycanın digər muzeylərinin əməkdaşlarının da cəlb olunduqları təlim bu gün başa çatacaq.