Kitabxana Assosiasiyaları Beynəlxalq Federasiyasının Puerto-Rikoda keçirilən konfransında Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev iştirak edir
   
   Avqustun 13-də Puerto-Rikonun San Xuan şəhərində Dünya Kitabxana və İnformasiya Konqresi: Kitabxana Assosiasiyaları Beynəlxalq Federasiyasının (İFLA) 77-ci Baş konfransı və Assambleyası işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, konfrans “Biliyə sərbəst çıxış - davamlı inkişafın təşviqi” mövzusuna həsr olunub.
   Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev İFLA-nın 77-ci Baş konfransı və Assambleyasında iştirak etmək məqsədilə Puerto- Rikoda səfərdədir.
   Konfransda rəqəmsal kitabxana mənbələrinin idarə edilməsi üçün strategiyalar, kənd təsərrüfatında ilkin biliklər üçün informasiya sistemləri, vətəndaşlara informasiya və çap məhsullarının çatdırılması üzrə innovativ yanaşmalar, incəsənətdəki çoxşaxəliliklə bağlı problemlərin aradan qaldırılması məsələləri müzakirə olunur.
   Bundan əlavə, tədbirlərdə Mərkəzi Amerika və Karib dənizi regionunda kitabxanalar, kitabxana xidmətində məlumat bazasının yaradılması, çoxmədəniyyətli xalqların informasiya təminatının əhəmiyyəti: ehtiyaclar, strategiyalar, proqramlar və digər məsələlərin müzakirəsi də nəzərdə tutulur.
   Baş konfrans və Assambleya öz işini avqustun 18-də yekunlaşdıracaq. 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar