Azərbaycanda sərhəd mühafizəsinin yaradılmasının 92-ci ildönümünə həsr olunmuş yaradıcılıq müsabiqəsi başa çatıb
   
   Avqustun 17-də Dövlət Sərhəd Xidmətinin (DSX) Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində Azərbaycanda sərhəd mühafizəsinin yaradılmasının 92-ci ildönümü münasibətilə elan edilmiş müsabiqəyə yekun vurulub.
   
   Bu münasibətlə keçirilən mərasimdə çıxış edən DSX rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev ölkəmizdə yaradıcılıq üçün əlverişli şəraitin yaradıldığını, mədəniyyət sahəsinə həmişə xüsusi diqqət ayrıldığını, sənət adamlarına qayğı ilə yanaşıldığını, onların əməyinin yüksək qiymətləndirildiyini deyib.
   Rəis müavini qeyd edib ki, Dövlət Sərhəd Xidmətinin çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin gücləndirilməsi prioritet sahələrdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında yaradıcılıq müsabiqələrinin təşkili xüsusi yer tutur.
   Bildirilib ki, bu il Azərbaycan Sərhəd Mühafizəsi yaradılmasının 92-ci ildönümü münasibətilə bədii ədəbiyyat, təsviri sənət, televiziya verilişi, qəzet məqaləsi və inşa yazısı üzrə 5 nominasiyada müsabiqə elan edilib. Müsabiqədə ölkəmizin peşəkar və həvəskar rəssamları, şairləri, jurnalistləri, tələbələri və sərhədyanı rayonların ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
   Müsabiqəyə bədii ədəbiyyat üzrə 17, təsviri sənət üzrə 22, qəzet məqaləsi üzrə 14, televiziya verilişi üzrə 4 və sərhədyanı rayonların ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa yazısı üzrə yüzlərlə iş təqdim olunub. Əsərlərin ən yaxşıları münsiflər heyəti tərəfindən seçilib və mükafatlara layiq görülüb.
   Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca, gənclər və idman nazirinin müavini İntiqam Babayev qalibləri təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıblar.
   Çıxış edənlər bildiriblər ki, yaradıcı insanların öz duyğularını sərhəd mövzusuna yönəltməsi, sərhəd və sərhədçilər haqqında fikir ifadə etməyə çalışması yüksək qiymətə layiqdir. Sonra qaliblərə mükafatlar təqdim olunub.
   Qeyd edək ki, Azərbaycanda sərhəd mühafizəsinin əsası 1919-cu il avqustun 18-də Xalq Cümhuriyyəti parlamentinin ölkə sərhədlərinin mühafizəsi haqqında qəbul etdiyi qanunla qoyulub. Qanuna əsasən, Hərbi Nazirliyin tərkibində Sərhəd Qoşunları yaradılıb. Prezident Heydər Əliyevin 16 avqust 2000-ci il tarixli fərmanı ilə avqustun 18-i Azərbaycanda “Sərhəd qoşunları günü” kimi qeyd olunur. 






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar