Azərbaycanın Argentinadakı səfirliyi və Buenos-Ayresin Belqrano Universitetinin dizayn və arxitektura fakültəsinin birgə əməkdaşlığı ilə bu ali təhsil müəssisəsində “Azərbaycanın milli geyimləri və onların hazırlanması” proqramı tədris olunur.
   Proqramın məqsədi Azərbaycanın Argentinada təbliği və argentinalıların milli mədəniyyətimiz və ənənələrimizlə yaxından tanış edilməsidir.
   Proqramın ilk günündə səfirliyin əməkdaşları tərəfindən Azərbaycanın qədim tarixi, mədəni irsinə dair təqdimat keçirilib. Sonra Azərbaycanın milli geyimlərinin tarixi, onların formalaşmasına təsir edən amillər, formaları və əsas elementləri, tikilişi üçün istifadə olunan parçalar, bəzək və aksessuarlar haqqında məlumat verilib.
   Beş ay davam edəcək proqram müddətində səfirlik Belqrano Universitetinin dizayn və arxitektura fakültəsinin tələbələri ilə əlaqəli işləyərək onları lazımi məlumatlarla təmin edəcək. Proqramın yekunu olaraq tələbələr tərəfindən Azərbaycan milli geyimləri hazırlanacaq və nümayiş olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar