Hələ ki, görmədiyimiz, tanımadığımız, ancaq böyük hərflərlə «İnsan» adlandırılmağa layiq Fürqan Babayev haqqında bir neçə kəlmə yazmaq, bu xeyirxah soydaşımıza «sağ ol» demək niyyətimizdən irəli gəlir...
   Qarabağ uğrunda savaşda sağlamlığını büsbütün itirmiş, beş yaşlı qızı talassemiya xəstəsi olan ailə barədə eşidən F.Babayev, onlara maliyyə yardımı göstərib və uşağa hər ay qan köçürülməsi üçün lazım olan pulu öz öhdəsinə götürmüşdür. Razılaşaq ki, hər birimizin daha böyük minnətdarlıq və təşəkkürü vətən və bizlərdən ötrü sağlamlığını qurban verən eloğlularımıza düşür.
   ...F.Babayev bir neçə uşaq evindəki istedadlı uşaqları musiqi alətləri ilə təmin etmək üçün də pul ayırmışdır. O, bu köməyinə görə «sağ ol» istəməsə də, biz bunu deməyə qəlbən ehtiyac duyduq. Bəlkə də kimlərəsə örnək kimi.

   «Gilan» Gənc İstedadları Dəstək Cəmiyyəti