Xalça sənəti haqqında veb-sayt yaradılacaq
   
   Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan xalça sənətinin təbliği məqsədilə veb-sayt yaradacaq. Nazirlik Azərbaycan xalça sənətinin qorunub-saxlanılması və təşviqinə dair veb-saytın dizayn formasının hazırlanması üzrə müsabiqə elan edir. Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, sayt 5 dildə olacaq - Azərbaycan, rus, ingilis, fransız, ərəb. Müsabiqədə iştirak etmək üçün saytın dizayn formasını mart 15-ə qədər carpet@mct.gov.az ünvanına göndərmək olar. Saytda Azərbaycan xalçalarının tarixi, növləri, tipləri, xalçaçılıq mərkəzləri, dünya muzeylərindəki xalçalar və digər mövzular əksini tapacaq.