İçərişəhərin Konservasiyası üzrə Master Plana uyğun olaraq İçərişəhərdə XI əsr abidəsi “Məhəmməd” məscidində bərpa və konservasiya işlərinə başlanılıb. İşlər Avstriyanın məşhur bərpaçı mütəxəssisi, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni bərpa etmiş Erik Pummerin rəhbərliyi ilə onun emalatxanasının əməkdaşları və yerli mütəxəssislər tərəfindən aparılır. Konservasiyada “Remmers” şirkətinin bərpa üçün nəzərdə tutulmuş xüsusi materiallardan istifadə ediləcək.
   Onu da qeyd edək ki, bərpa işlərinə hazırlıq hələ ötən ildən başlanılıb. Öncədən xarici mütəxəssislər tərəfindən abidənin vəziyyətinin diaqnostikası və ölçmə-tədqiqat işləri aparılıb və əldə olunmuş nəticələrə əsasən onun bərpa metodikası, tətbiq olunacaq texnologiya və materiallar müəyyənləşdirilib. Özündə abidənin zədələnmiş hissələrinin möhkəmləndirilməsi, səthinin sintetik qranulyatla təmizlənməsi, asan həll olunan duzların (sulfat və nitratların) reduksiyası kimi mərhələləri ehtiva edən mürəkkəb texnoloji prosesinin gedişində təqribən 500 m2-lik səth örtüyü xüsusi avadanlıq və materiallarla bərpa edildikdən sonra konservasiya olunacaq. İşlərin cari ilin sonunadək tamamlanması nəzərdə tutulur.
   Mehparə