Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məşədi xanım Nemətovanın “Azərbaycan epiqrafik abidələri” toplusunun V və VI cildlərinin təqdimat mərasimi keçirilib. 
   Tədbiri giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov dünya epiqrafistləri sırasında xüsusi yeri olan tanınmış alimin Azərbaycan elminə verdiyi töhfələrdən söz açdı. Bildirdi ki, M.Nemətova Azərbaycanın tarixi ərazilərindəki epiqrafik abidələri tədqiq etməklə, ölkəmizin ərazi bütövlüyünü sübut edən tutarlı dəlillər ortaya qoyub.
   Qeyd edək ki, müəllifin “Azərbaycan epiqrafik abidələri toplusu”nun V cildi tikililərdəki tarixi yazıların, Azərbaycan hökmdarlarının yazılı sənədlərinin, dini-ictimai təşkilatların əyani təsvirinə, VI cildi isə mis qablar, silahlar, bayraqlar üzərindəki ərəb-fars dillərində olan kitabələrin təhlilinə həsr edilib. Alim bu əsərlərdə qədim “İpək yolu” üzərində mövcud olan memarlıq abidələrini araşdırıb, ölkəmizin müxtəlif bölgələrində tarixi abidələr yaratmış neçə-neçə memar, bənna, xəttat və nəqqaşın adlarını ictimaiyyətə tanıdıb.
   
   Ceyhun