“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeydə bir gecə” adlı müsabiqə elan edir. Müsabiqənin keçirilməsində məqsəd İçərişəhəri təbliğ etmək, gənclər arasında tarix və mədəni irsimizə marağı artırmaqdır.
   Müsabiqədə 17-29 yaş arası gənclər iştirak edə bilər. Yarışmanın şərtlərinə əsasən iştirakçılar ən azı iki tarixi abidə - Qız Qalası və Xanəgah, yaxud Şirvanşahlar Sarayı Kompleksi və Çin Məscidi (Numizmatika ekspozisiyası) barədə maraqlı və innovativ ekskursiya layihələri təqdim etməlidirlər. Bununla da gənclər İçərişəhərdə fəaliyyət göstərən muzeylərin ekskursiyalarının müasir forma və tələblərə uyğun aparılmasına öz töhfələrini verəcəklər.
   Layihələr 12 may tarixinədək qəbul olunacaq. Müsabiqənin sonunda qaliblər muzey işi üzrə mütəxəssislər tərəfindən seçilərək və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.