Naxçıvan ərazisindəki tarixi abidələrin aşkarlanması, qeydiyyata alınaraq pasportlaşdırılması və tədqiqi istiqamətində mühüm işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin imzaladığı “Tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” sərəncamın icrası ilə əlaqədar region ərazisində 1134 abidə qeydə alınıb. Onların da 652-si ilk dəfə aşkar olunan abidədir. Hazırda muxtar respublika ərazisində qeydə alınmış abidələrin sayı 1201-ə çatıb.
   2011-ci ildə 10-a yaxın, 2012-ci ildə isə 5 abidə aşkarlanaraq pasportlaşdırılıb. Ötən il pasportlaşdırılan 5 abidənin hamısı Ordubad rayonunda qeydə alınıb. Tədqiqatçıların fikrincə, antik dövrə aid edilən Qavaldaş təbiət abidəsi, antik və ilk orta əsrlərə aid Güney yaşayış yeri, Bist kürəxanası, orta əsrlərin yadigarı olan Humay qayası və Sarıyal nekropolları ilk dəfə aşkar edilən abidələr sırasındadır.

   Fariz Yunisli