Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, ölkəmizi təmsil edən bir qrup incəsənət ustası iyulun 2-dən 19-dək İsveçrənin Montrö şəhərində keçiriləcək 43-cü Beynəlxalq Caz Festivalında iştirak edəcək. Azərbaycanın caz ustaları solo konsertlər verəcəklər. Festivalın “Caz sessiyaları” layihəsi çərçivəsində caz ustaları Əzizə Mustafazadə, Emin İbrahimov, Zülfüqar Bağırov, Salman Qəmbərov maraqlı konsert proqramı ilə çıxış edəcəklər. Caz ustaları eyni zamanda ustad dərsləri keçəcəklər.