Azərbaycan Dillər Universitetində “Postmodernizm:fəlsəfə, ədəbiyyat, yoxsa..?” mövzulu ədəbi müzakirə keşirilib. Müzakirənin predmeti isə ədəbiyyatda postmodernizmin izahı və bu cərəyanla bağlı fərqli baxışlar olub. Sözügedən universitetin xarici ədəbiyyat kafedrasının təşkilatçılığı ilə baş tutan tədbirdə filologiya elmləri doktoru Svetlana Qasımova, teatrşünas Aydın Talıbzadə, tənqidçi Əsəd Cahangir, nasir Həmid Herisçi və başqaları çıxış ediblər. Müzakirələrdə postmodernizmin mahiyyəti və bu cərəyanla bağlı fərqli fikirlər söylənilib. Yekdil fikirlərdən biri isə bu cərəyanın son mərhələyə çatdığını və onun ədəbiyyatda tam yeni cərəyana keçidi barədə söz açılıb. Müzakirə çıxışlardan sonra debatlar şəklində davam edib. Tədbirdə ADU-nun magistrləri ilə yanaşı, ABŞ-ın Yel Universitetinin mütəxəssisləri də iştirak ediblər.