Oktyabrın 12-də Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestrinin konserti təqdim ediləcək. Konsertdə əməkdar incəsənət xadimi Azad Əliyev (dirijor), vokalçıların Bülbül adına IV beynəlxalq müsabiqəsinin laureatı Cavid Səmədov (solist), beynəlxalq müsabiqələr laureatı Fəridə Məmmədova (soprano) çıxış edəcəklər. Konsert proqramında Q.Qarayev, V.A. Motsart, C.Verdi, Q. Donizetti, S. Raxmaninov və başqalarının əsərləri səslənəcək.