Azərbayjan Bəstəkarlar İttifaqının (ABİ) Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birgə adıçəkilən şəhərin yaradılmasının 60 illiyi münasibətilə «Sumqayıt şəhərinə həsr olunmuş ən yaxşı mahnı» mövzusunda keçirdiyi müsabiqəyə bugünlərdə yekun vurulmuşdur. Bəstəkarlar İttifaqının katibi, tanınmış bəstəkar, əməkdar injəsənət xadimi Eldar Mansurovun rəhbərlik etdiyi, əməkdar injəsənət xadimləri, bəstəkar Mobil Babayev, musiqişünas Həjər Babayeva, ABİ-nin məsləhətçisi, musiqişünas Sevda Hüseynovadan ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunan 10 əsərin arasından qalibləri müəyyən ediblər. Belə ki, musiqisi İlham Abdullayevə, sözləri isə Vahid Əzizə məxsus «Sumqayıt lövhələri» əsəri birinji yerə layiq görülmüşdür. Münsiflər heyəti Ədviyyə Rəhmətovanın Zivər Ağayevanın sözlərinə bəstələdiyi «Sumqayıt», musiqisi və sözləri Emil Murada məxsus «Gözəl Sumqayıt» mahnılarını 2-ji, musiqisi Nərminə Nağıyevaya, sözləri isə Qafqaz Əvəzoğluna aid «Sumqayıtım» mahnısını isə 3-jü yerə layiq görüblər.
   Qeyd edək ki, 1-ji yerin qalibi üçün 500, 2-ji və 3-jü yerlərin sahiblərinə isə 150 manat məbləğində pul mükafatı və diplomlar nəzərdə tutulmuşdu.
   Müsabiqədə qalib gələn əsərlər Sumqayıt şəhərinin 60 illiyinə həsr olunan qala-konsertdə ifa ediləjək.
   
   İltifat